...

Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb

Hadisə Materials 26 Fevral 2020 13:20 (UTC +04:00)
Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb

Bakı. Trend:

Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-də saat 9 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində Fazıl kənd sakini R.Qocayevin idarə etdiyi “VAZ-2101” və şəhər sakini V.Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə R.Qocayevin sərnişinlərindən Şahid Rüstəmov hadisə yerində ölüb, özü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti