...

Beyləqanda yolda vurulan piyada xəstəxanada öldü

Hadisə Materials 29 Fevral 2020 12:52 (UTC +04:00)
Beyləqan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.
Beyləqanda yolda vurulan piyada xəstəxanada öldü

Bakı. Trend:

Beyləqan şəhərində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 28-də saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini T.Əzizli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Eyvazalılar kənd sakini Vüsal Səfiyarovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dünyasını dəyişib.

Faktla bağlı Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti