Bakı. Trend:
Salyan rayonu, Xələc kəndində ümumi sahəsi 160 m2 olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.