...

Novxanıda iki maşın toqquşub: 1 ölü, 1 yaralı var

Hadisə Materials 11 Mart 2020 16:55 (UTC +04:00)
Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Novxanıda iki maşın toqquşub: 1 ölü, 1 yaralı var

Bakı. Trend:

Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 10-da saat 13 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Xırdalan şəhər sakini S.Səlimovun idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rauf Abbaslının idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə R.Abbaslı hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti