...

Qaradağda 2 avtomobil toqquşub - Ölən var

Hadisə Materials 12 Mart 2020 12:37 (UTC +04:00)
Qobustan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaradağda 2 avtomobil toqquşub - Ölən var

Bakı. Samir Əli - Trend:

Qobustan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 11-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini X.Seyfullayev idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış “QAZ-33022” markalı avtomobilə vurub, sonuncu avtomobil hərəkətə gəldiyindən onun qarşısında dayanmış sürücü, Bakı şəhər sakini Sərvər Tağıyevə dəyib. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən S.Tağıyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti