...

Bakıda "Mercedes" "VAZ"la toqquşdu: Ölən və yaralanan var

Hadisə Materials 13 Mart 2020 10:00 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıda "Mercedes" "VAZ"la toqquşdu: Ölən və yaralanan var

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Ramana qəsəbəsində "Real İnşaat" ticarət mağazasının yaxınlığında Bakı şəhər sakini Yaqubov Anar Ramiz oğlu idarə etdiyi "Mercedes" markalı 10 XL 603 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Məmmədov Eldar Heydər oğlunun idarə etdiyi "VAZ 2106" markalı 44 BF 702 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü və sərnişin Abbasova Süzənbər İsmayıl qızı xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti