...

Abşeronda oğul atasının avtomobilini qaçırdı, polis yaxaladı

Hadisə Materials 16 Mart 2020 17:32 (UTC +04:00)
Abşeron rayonunda oğul atasının avtomobilini oğurlayıb
Abşeronda oğul atasının avtomobilini qaçırdı, polis yaxaladı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda oğul atasının avtomobilini oğurlayıb.

Trend-in məlumatına görə, Abşeron rayon sakini polisə müraciət edərək bildirib ki, özünə məxsus "Mercedes" markalı 90 UX 820 dövlət nömrə nişanlı avtomobil oğurlanıb . Avtomobil hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Suraxanı rayonu, Ramana qəsəbəsində müəyyən edilib.

Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları keçirdikləri operativ əməliyyat nəticəsində avtomobil sürücü ilə birlikdə saxlanılıb və Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtomobili qaçıran və hazırda idarə edən nəqliyyat vasitəsinin sahibinin oğlu İlqar Səmədlidir. Avtomobil normal vəziyyətdə sahibinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti