...

Kiprdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Hadisə Materials 22 Mart 2020 02:43 (UTC +04:00)
Kiprdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Bakı. Trend:

Kiprdə yeni növ koronavirusa yoluxan ilk xəstə ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli "Cyprus Times" internet nəşri xəbər yayıb.

Bildirilir ki, dünyasını dəyişən 70 yaşlı britaniyalı olub. O, daha əvvəl müalicə olunduğu xəstəxanada artıq ağır vəziyyətdə olduğu halda koronavirusa yoluxmuşdu.

Son məlumatlara görə, Kiprdə yeni növ koronavirusa yoluxanların ümumi sayı 118-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti