...

Göyçayda gizli fəaliyyət göstərən kafe aşkar olunub (FOTO)

Hadisə Materials 11 Aprel 2020 13:26 (UTC +04:00)
Göyçayda gizli fəaliyyət göstərən kafe aşkar olunub (FOTO)

Bakı. Trend:

Göyçayda gizli fəaliyyət göstərən kafe aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.

Həmin kafenin sahibi Sabit Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Qeyd edək ki, rayonun Birinci Ərəbcəbirli kənd sakini Sabit Məmmədov bir neçə gün öncə də karantin rejimi qaydalarını pozaraq gizli şəkildə kafe işlətdiyi üçün Polis Şöbəsinin əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmiş və barəsində protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti