...

19 cinayətin üstü “isti izlər”lə açılıb

Hadisə Materials 13 Aprel 2020 12:52 (UTC +04:00)
19 cinayətin üstü “isti izlər”lə açılıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti