...

Ötən gün yol qəzasında 2 nəfər həyatını itirib

Hadisə Materials 14 Aprel 2020 12:22 (UTC +04:00)

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 10 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti