...

Qohumunu yük avtomobilində gizlədərək Balakənə aparan sürücü saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 20 Aprel 2020 12:34 (UTC +04:00)
Qohumunu yük avtomobilində gizlədərək Balakənə aparan sürücü saxlanılıb
Qohumunu yük avtomobilində gizlədərək Balakənə aparan sürücü saxlanılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Xüsusi karantin qaydalarını pozaraq yük avtomobilinin salonunda qohumunu gizlədib Balakən rayonuna keçirmək istəyən sürücü və həmin şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi "Shacman" markalı yük maşını saxlanılıb.

Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyən edilib.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti