Bakı. Trend:
Rumıniyanın şərqində, Moldova ilə sərhəd yaxınlığında 4.9 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzdən xəbər verilib.
Yeraltı təkanların episentri 41,2 min əhalisi olan Tekuç şəhərindən 5 kilometr şimal-şərqdə, ocağı isə 23 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.