...

Sumqayıtda ev və çayxana yandı

Hadisə Materials 25 Aprel 2020 09:05 (UTC +04:00)
Sumqayıtda ev və çayxana yandı

Bakı. Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 110 m² olan çayxananın dam örtüyü 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti