...

Bakıda keçmiş məhkum avtobusla qadını vurub öldürdü

Hadisə Materials 2 May 2020 14:09 (UTC +04:00)
Bakıda keçmiş məhkum avtobusla qadını vurub öldürdü

Bakı. Trend:

Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla Yardımlı rayon sakini Səbirə Bağışovanı vurub və nəticədə qadın hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti