...

Boliviyada təyyarə qəzasında 6 nəfər öldü

Hadisə Materials 3 May 2020 03:35 (UTC +04:00)
Boliviyada təyyarə qəzasında 6 nəfər öldü

Bakı. Trend:

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Pagina Siete" qəzeti xəbər yayıb.

Santa Cruz şəhərinə uçan təyyarə Beni bölgəsində qəzaya uğrayıb. Təyyarədə olan altı nəfər - iki pilot və vətənlərinə qayıtmaq üçün beynəlxalq hava limanına çatdırılmalı olan dörd ispaniyalı həlak olublar.

Boliviya Müdafiə Nazirliyi "Facebook"da qurumun başçısı Luis Fernando Lopes vəzifələrini yerinə yetirərkən həlak olan pilotların ailələrinə başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti