...

İmişlidə iki yük avtomobili toqquşub, ölən var

Hadisə Materials 4 May 2020 09:03 (UTC +04:00)
İmişlidə iki yük avtomobili toqquşub, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunda “KamAZ” və "QAZel" markalı iki yük avtomobili toqquşub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "QAZel" markalı yük avtomobilinin sürücüsü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti