...

Xaçmazda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 11 May 2020 08:30 (UTC +04:00)
Xaçmazda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Mətləb İbrahimov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsində bir ədəd bıçaqlı beşbarmaq, bir ədəd dəmir tapança, bir ədəd beyzbol taxtası və narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti