...

Masallıda iki yük avtomobili toqquşub, ölən var

Hadisə Materials 14 May 2020 23:45 (UTC +04:00)
Masallıda iki yük avtomobili toqquşub, ölən var

Bakı. Trend:

Masallı rayonunun Çaxırlı kəndi ərazisində “KamAZ” və “QAZ” markalı iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə “QAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti