...

Bakıda avtoxuliqanlıq edən şəxsin maşınından heroin aşkarlandı

Hadisə Materials 19 May 2020 09:19 (UTC +04:00)
Bakıda avtoxuliqanlıq edən şəxsin maşınından heroin aşkarlandı

Bakı. Samir Əli - Trend:

Bakıda avtoxuliqanlıq edən şəxs aşkar edilib.

Trend-in məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Anar Qafarov idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərkən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxin idarə etdiyi avtomobilin sənədi yoxdur.

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə gətirilən şəxsin avtomobilinə baxış keçirilərkən oradan 0,160 qram heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti