...

Sabirabadda traktor qoşqusu yanıb

Hadisə Materials 24 May 2020 20:08 (UTC +04:00)
Sabirabadda traktor qoşqusu yanıb

Bakı. Trend:

Sabirabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Axısxa kəndində, yol kənarında dayanan traktor qoşqusunun təkərləri və qoşquya yığılan 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti