...

Qubada ölümlə nəticələnən qəza baş verib

Hadisə Materials 29 May 2020 09:54 (UTC +04:00)
Qubada ölümlə nəticələnən qəza baş verib

Bakı. Trend:

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Quba rayonunun Ördüc kəndi ərazisində "UAZ" markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti