...

Bakıda "Jeep" piyadanı vurub öldürdü

Hadisə Materials 29 May 2020 15:19 (UTC +04:00)
Bakıda "Jeep" piyadanı vurub öldürdü

Bakı. Trend:

Xəzər rayonunda “Jeep” markalı avtomobillə paytaxt sakini vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 28-də saat 11 radələrində rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti