...

Bakıda dələduzluq: Pulu xırdalatmaq adı ilə götürüb qaçdı (VİDEO)

Hadisə Materials 12 İyun 2020 10:08 (UTC +04:00)
Bakıda dələduzluq: Pulu xırdalatmaq adı ilə götürüb qaçdı (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda dələduzluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Metronun "İçərişəhər" stansiyası yaxınlığında yerləşən geyim mağazalarının birinə gələn orta yaşlı şəxs satıcıdan pulu xırdalamağı xahiş edib. Lakin o, xırda pulu satıcıdan aldıqdan sonra, bütöv pulu yan mağazadan gətirəcəyinə söz versə də qaçaraq yoxa çıxıb. Hadisə anbaan kameralara düşüb.

Ərazidə olan digər obyektlər bildirirlər ki, görüntülərdə olan şəxs eyni əməli bir müddət əvvəl aptek satıcısına qarşı törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti