...

Balakəndə ağır yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 12 İyun 2020 22:08 (UTC +04:00)
Balakəndə ağır yol qəzası baş verib, ölənlər var

Bakı. Trend:

Balakən rayonunun Mahamalar kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 11-də saat 21 radələrində Balakən rayonunun Mahamalar kəndi ərazisində şəhər sakini V.Musayev idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Qazma kənd sakinləri Elçin Verdiyev, Kənan Yüzbaşıyev hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti