...

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Hadisə Materials 15 İyun 2020 15:31
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti