...

Xocavənddə minaatan və top mərmisi tapılıb (FOTO)

Hadisə Materials 24 İyun 2020 03:28 (UTC +04:00)
Xocavənddə minaatan və top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

2020-ci il 23 İyun tarixində saat 17:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xocavənd rayonunun Haramı düzü adlanan ərazidə 2 müxtəlif əkin sahəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xocavənd rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə Xocavənd rayonu ərazisində Haramı düzü adlanan əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan və top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti