...

Moped ağaca çırpıldı, ölən və yaralanan var

Hadisə Materials 6 İyul 2020 09:50 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Moped ağaca çırpıldı, ölən və yaralanan var

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, Nəsimi rayonu, R. Behbudov küçəsində Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi mopedi ağaca çırpıb. İ.Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb. Moped zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E.Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti