...

ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib

Hadisə Materials 11 İyul 2020 05:51 (UTC +04:00)
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib

Bakı. Trend:

Atlantik okeanda əmələ gələn "Fey" qasırğası ABŞ-ın Nyu-Cersi ştatının sahillərinə çatıb.

Trend-in məlmatına görə, bu barədə qərərgahı Florida ştatının Mayami şəhərində yerləşən ABŞ-ın tufanları müşahidə üzrə milli mərkəzindən xəbər verilib.

Bildirilir ki, küləyin sürəti 23.6 m/s çatıb. Qasırğa episentri Atlantik-Siti şəhərindən 15 kilometr şimal-cənubda və 145 kilometr Nyu-York şəhərindən cənubdadır. Qasırğa saniyədə 6 metr sürətlə şimala doğru irəlləyir.

Delaver ştatının şimalında, Pensilvaniya ştatının şərqində və Nyu-York ştatının cənub-şərqində güclü leysan yağışlar və daşqınlar gözlənilir.

Xatırladaq ki, atmosfer olay küləyin sürəti 17.5 m/s-dən çox olanda tropik qasırğa, 33 m/s-dən çox olanda isə tufan adını alır,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti