...

Bakının mərkəzində 27 yaşlı oğlan bıçaqlandı

Hadisə Materials 21 İyul 2020 09:24 (UTC +04:00)
Bakıda gənc oğlan bıçaqlanıb.
Bakının mərkəzində 27 yaşlı oğlan bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlan bıçaqlanıb.

Trend-in məlumatına görə, Yasamal rayonu, Hüseyn Cavid prospektində Bakı şəhər sakini 1993-cü il təvəllüdü Ə. Vəliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Fərid Fətəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti