...

Boliviyada yol qəzası: ən az 9 ölü

Hadisə Materials 25 İyul 2020 08:54 (UTC +04:00)
Boliviyada yol qəzası: ən az 9 ölü

Boliviyanın qərbində gecə saatlarında şəhərlərarası mikroavtobusla yük maşınının toqquşması nəticəsində ən az doqquz nəfər ölüb, üç nəfər yaralanıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Fides" radiostansiyası xəbər yayıb.

Nəqliyyat idarəsinin başçısı Volter Miranda bildirir ki, qəzaya görə məsuliyyət yük maşınının sürücüsünün üzərinə düşür.

İlkin məlumatlara görə avtobusun yalnız bir farası işlədikdən yük maşınının sürücüsü toqquşduğu nəqliyyat vasitəsini motosikletlə qarışdırıb.

Yaralananlar La-Pas şəhərindəki xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti