...

Bakı sakini elektrik naqilini qaz xəttinə qoşaraq yanğın törətdi

Hadisə Materials 17 Avqust 2020 13:03 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda vətəndaşın səhlənkarlığı yanğına səbəb olub.

Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, hadisə Novxanı kəndində baş verib:

"Avqustun 17-də Abşeron rayonunun Novxanı kəndində abonent səhlənkarlığa yol verib. O, nədənsə elektrik naqilini qaz xəttinə bağlayıb və bunun nəticəsində qaz sayğacı alışaraq yanıb. Abonentlərimizdən bir daha xahiş edirik ki, qaz ölçü qurğuları, eləcə də məişət qaz cihazlarından istifadə edərkən ehtiyatla, təhlükəsizlik qaydalarına riayət etməklə davransınlar. Hər hansı hadisə baş verərsə, "Azəriqaz" İstehsalat Birliyinin 104/185 saylı Çağrı mərkəzinə zəng edərək məlumat versinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti