...

Səbail rayonunda narkotik və psixotrop həblər satan şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 19 Avqust 2020 14:46 (UTC +04:00)
Səbail rayonunda narkotik və psixotrop həblər satan şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Elvin Muradov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50 qram qurudulmuş marixuana, həmçinin ümumilikdə 295 ədəd güclü təsiridici psixotrop maddələr olan ekstazi və preqabalin həbləri aşkar olunaraq götürülüb. Elvin Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan və xarici ölkələrdən birində yaşayan “Samir” adlı şəxsin sifarişi ilə Bakı şəhərində narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Faktla bağlı Elvin Muradov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti