...

Siyəzən rayonunda hərbi təyinatı olmayan metal əşya tapılıb (FOTO)

Hadisə Materials 21 Avqust 2020 01:28 (UTC +04:00)
Siyəzən rayonunda hərbi təyinatı olmayan metal əşya tapılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

2020-ci il 20 Avqust tarixində saat 18:14-də Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində yerləşən köhnə su kanalının yaxınlığında 1 ədəd mərmiyə oxşar predmetin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə sahəyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın ətrafında 800 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti