...

Narkotikin təsiri altında taksi idarə edən sürücü saxlanılıb

Hadisə Materials 26 Avqust 2020 10:52 (UTC +04:00)
Narkotikin təsiri altında taksi idarə edən sürücü saxlanılıb

Bakı. Samir Əli - Trend:

Cəlilabadda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Bu zaman avtomobilin sürücüsü olan Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Həmin şəxsin bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyən edilib. İ.Yusifazadə barəsində toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti