...

FHN: Xızıda küləkli hava yanğınsöndürmə işlərini çətinləşdirir (YENİLƏNİB)

Hadisə Materials 27 Avqust 2020 14:43 (UTC +04:00)
FHN: Xızıda küləkli hava yanğınsöndürmə işlərini çətinləşdirir (YENİLƏNİB)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Fövqəladə Hallar Naziriyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

XXX

14:21

Xızı rayonunda yanğın davam edir.

Bu barədə Trend-ə Xızı rayon İcra Hakimiyyətindən bildiriblər. Yanğın rayonun Dizəvər kəndində baş verir. Qeyd olunub ki, həmin ərazi qeyri-yaşayış sahəsidir:

"Yanğının demək olar, çox hissəsinin qarşısı alınıb və tam söndürülməkdə davam edir. Hazırda FHN əməkdaşları ərazidədirlər və o cümlədən kənd nümayəndələri də ora cəlb olunublar. Qonşu rayonlardan da yanğının qarşısını almaq üçün kömək çağırılıb. Hadisə olan ərazi qeyri-yaşayış sahəsidir, yanan hissə kol-kosdur, amma meşəyə yaxın yerdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti