...

Bakıda ikimərtəbəli ev yanıb

Hadisə Materials 18 Sentyabr 2020 21:51 (UTC +04:00)
Bakıda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti