...

Ermənistanın Gəncəyə atəşi nəticəsində daha bir məktəb dağılıb (FOTO)

Hadisə Materials 17 Oktyabr 2020 11:11 (UTC +04:00)
Ermənistanın Gəncəyə atəşi nəticəsində daha bir məktəb dağılıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Gəncəyə erməni atəşi nəticəsində şəhər 29 nömrəli məktəbi ciddi dağıntılara məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında məlumat yayıb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti