...

Bakıda minik avtomobili yanıb

Hadisə Materials 12 Dekabr 2020 21:49 (UTC +04:00)
Bakıda minik avtomobili yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda “Hyundai” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti