...

Qusarda evdən qızıl oğurlayan şəxs yaxalandı

Hadisə Materials 24 Dekabr 2020 13:16 (UTC +04:00)
Qusarda evdən qızıl oğurlayan şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

Qusar rayonunda oğurluq edən şəxs yaxalanıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlamaqla zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb.

Araşdırmalarla həmin şəxsin rayon sakini Zərbəli Çigəliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı Z.Çigəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək, əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan əşyaların çox hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin analoji hadisələrdə iştirak edib-etməməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti