...

Əlcəzairdə ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var

Hadisə Materials 1 Yanvar 2021 06:27 (UTC +04:00)
Əlcəzairdə ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var

Bakı. Trend:

Əlcəzairin Tamanrasset əyalətində ağır yol qəzası baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, pikap avtomobilinin aşması nəticəsində 20 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra isə onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti