...

Şəmkirdə oğurluq edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 8 Yanvar 2021 10:53 (UTC +04:00)
Şəmkirdə oğurluq edən şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazsində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Şəmkir rayon sakini, Anar Nağdıyev cari ilin yanvar ayında şəhər ərazisində yerləşən mağazaya qanunsuz olaraq daxil olaraq oradan 300 manat nağd pul, ümumi dəyəri 800 manat olan 2 ədəd mobil telefon və kompyuter oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Nağdıyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan çəkisi 485 qram narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti