Bakı. Samir Əli - Trend:
Hacıqabulda keçmiş məhkumun evindən 8 kiloqram narkotik götürülüb.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ş.Əhmədovun yaşadığı Hacıqabul şəhərindəki evindən 8 kiloqram 452 qram marixuana aşkar edilərək götürülmüşdür.