...

Bakıda mansarda tipli ev yanıb

Hadisə Materials 14 Yanvar 2021 23:31 (UTC +04:00)
Bakıda mansarda tipli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli mansarda tipli evin mansardasının yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti