...

Cəlilabadda avtomobildən 32 kiloqramdan artıq narkotik aşkarlanıb

Hadisə Materials 19 Yanvar 2021 11:31 (UTC +04:00)

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 32 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Ocaqlı kəndində keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakinləri Salman Hüseynzadə və Amil Şərbətov sonuncunun idarə etdiyi “Opel” markalı avtomobildə polis əməkdaşları tərəfindən saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib. Şöbədə həmin avtomobilə keçirilən baxış zamanı arxa oturacağın üzərindəki ağ rəngli kisədən içərisindən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 25 kiloqram 285 qram narkotik vasitə heroin, 6 kiloqram 920 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti