...

Qubada yanacaqdoldurma məntəqəsi qarət edildi

Hadisə Materials 26 Yanvar 2021 10:21 (UTC +04:00)
Qubada yanacaqdoldurma məntəqəsi qarət edildi

Bakı. Samir Əli - Trend:

Quba rayonunda yanacaqdoldurma məntəqəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, yanvar ayının 25-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən 297 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ə.Əmrahov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxs törətdiyi əməli etiraf edərək, oğurluq yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti