...

Paytaxt sakinindən narkotik və odlu silah götürüldü (FOTO/VİDEO)

Hadisə Materials 26 Yanvar 2021 13:11 (UTC +04:00)
Paytaxt sakinindən narkotik və odlu silah götürüldü (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik alverçisinin evindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsində yaşayan Azad Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd “Mauzer” markalı tapança və 1 ədəd “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti