...

Bakıda "Cənub" kafesində məclis keçirənlər cərimələndi (VİDEO)

Hadisə Materials 17 Fevral 2021 16:23 (UTC +04:00)
Bakıda "Cənub" kafesində məclis keçirənlər cərimələndi (VİDEO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - sevgililər günü ilə əlaqədar 15 nəfərin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektinin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti