...

Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)

Hadisə Materials 28 Fevral 2021 20:03 (UTC +04:00)

Bərdə. Samir Əli - Trend:

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend -in Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax - Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonu Samux kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşması nəticəsində 2 nəfər ölüb, bir necə nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti