...

Ötən gün baş verən 39 cinayətin üstü açılıb

Hadisə Materials 17 Mart 2021 10:49 (UTC +04:00)
Ötən gün baş verən 39 cinayətin üstü açılıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Martın 16-da respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti